Operativ Məlumat Mərkəzi

Banqladeşdə torpaq sürüşməsi olub, azı 9 nəfər ölüb

1 dəq
Paylaş:
Banqladeşdə torpaq sürüşməsi olub, azı 9 nəfər ölüb

Banqladeşin cənubundakı Koks-Bazarda rohinca müsəlmanlarının qaldığı qaçqın düşərgəsində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 9 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeşin qaçqınlara yardım məsələləri və repatriasiya üzrə komissarı Məhəmməd Samsudduza məlumat verib.

“9 meyit tapılıb. İtkin düşənlərin axtarışları davam etdirilir. Həmçinin təhlükəli ərazilərdə yaşayan rohincaların təxliyəsi davam etdirilir”, - o deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər