Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirmədən sonra istifadəyə verilir

2 dəq
Paylaş:
Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirmədən sonra istifadəyə verilir

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirmə işlərindən sonra istifadəyə verilməsinə həsr olunmuş tədbir təşkil olunacaq. “ Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumata görə, mərasimdə üç ölkənin rəsmi şəxsləri və sahəsinin rəhbər heyəti təmsil olunacaq.

Xatırladaq ki, mayın 18-də Bakıda İlham Əliyev və Gürcüstanın İrakli Kobaxidzenin iştirakı ilə keçirilən görüş çərçivəsində müvafiq protokol imzalanıb. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən imzalanan sənəd BTQ layihəsi üzrə modernləşdirmə işlərinin başa çatmasını və yekun qəbulunu təsdiqləyib.

2024-cü ildə Orta Dəhlizin mühüm hissəsi olan BTQ-nin ötürücülük qabiliyyətini artırmaq məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində genişmiqyaslı yenilənmə işləri aparılıb. Layihə çərçivəsində görülən işlər aşağıdakıları əhatə edib:

  • 13 dəmir yolu stansiyası, 55 körpü və 8 dartı yarımstansiyası;
  • 320 bina və süni mühəndis qurğusunun təmiri;
  • 30,3 km uzunluğunda yeni dəmir yolu xəttinin inşası;
  • 153,1 km mövcud yolun reabilitasiyası və rekonstruksiyası;
  • Təkər cütlərinin dəyişdirilməsi stansiyasının qurulması.

Həyata keçirilən tədbirlər nəticəsində BTQ-nin illik yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona yüksəldilib. Bu modernləşdirmə Çin və Mərkəzi Asiyadan Avropaya uzanan quru marşrutlar arasında daha səmərəli və funksional bir arteriyaya çevirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax