Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda mikromobillik zolaqları artırıldı

2 dəq
Paylaş:
Bakıda mikromobillik zolaqları artırıldı

Hazırda paytaxt ərazisində yollarının uzunluğu 66,6 km-ə çatdırılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, bu ilin iyun ayında velosiped və 468 751 dəfə sifariş edilib. Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur.

Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 351 nəfər, qət edilən məsafə isə 1 009 172 km təşkil edib.

Xatırladaq ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax