53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Buna səbəb Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətdir.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Dəyişikliyə əsasən, marşrutun yeni hərəkət sxemi aşağıdakı istiqamətdə təşkil olunub:
- Badamdar qəsəbəsi
- Metronun "Elmlər Akademiyası" stansiyası
- "Azneft" dairəsi
- 20-ci sahə