Operativ Məlumat Mərkəzi

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb

1 dəq
Paylaş:
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb
hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 27C ünvanında qeydə alınıb. Belə ki, hadisə bu gecə saat 01:40 radələrində, Sumqayıt şəhər sakini, 1993-cü...

Bakıda piyada zolağı olmayan yerdən yolu keçən 55-60 yaşlarındakı kişini avtomobil vuraraq öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 27C ünvanında qeydə alınıb.

Belə ki, hadisə bu gecə saat 01:40 radələrində, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Nemətli Ceyhun Nurxan oğlunun idarə etdiyi "Opel" markalı, 01-EX-256 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə törədilib.

Faktla bağlı Narimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər