Operativ Məlumat Mərkəzi

Bakıda və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub

1 dəq
Paylaş:
Bakıda və Abşeronda temperatur iqlim normasından 4 dərəcə yüksək olub
Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 15-i saat 09:00-a olan məlumata əsasən avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlib.

Sinoptik şəraitlə əlaqədar ölkədə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər