Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB-2
01.08.2024 15:30
Aa
dəq

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb:

"Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür"-deyə qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Həftənin ən çox oxunanları

Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır
DAVAMIN OXU davamın oxu

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu