Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamının şamil olunduğu şəxslər arasında şərti məhrumetmə cəzasına məhkum edilmiş şəxslər də var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri üzrə şərti məhrumetmə cəzasından azad edilmiş 28 nəfərdən biri yeniyetmədir. Yeniyetmələrdən biri 2006-cı il təvəllüdlü Gülər (ad şərtidir) də əfv olunub. Onun elektron qolbağı probasiya şöbəsində açılacaq.