Bakıda mənzildən 54 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 54 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
24.05.2024 11:17
Aa
dəq

Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edilib ki, C.Həsənov oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədi ilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu