Operativ Məlumat Mərkəzi

Ötən gün polis əməkdaşları 2 tüfəng təhvil götürüblər

1 dəq
Paylaş:
Ötən gün polis əməkdaşları 2 tüfəng təhvil götürüblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin...

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mayın 22-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 7 patron aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər