Operativ Məlumat Mərkəzi

Bakıda ev yanıb

1 dəq
Paylaş:
Bakıda ev yanıb
bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, İ.Qutqaşınlı küçəsində ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli...

Bakı şəhəri, Yasamal rayonunda yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İ.Qutqaşınlı küçəsində ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan üçotaqlı mənzilin arakəsmə divarı 4 m² və ümumi sahəsi 25 m² olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

"Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər