Operativ Məlumat Mərkəzi

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

1 dəq
Paylaş:
Bakıda çoxmərtəbəli binada yanğın baş verib
Bakıda yaşayış binasında yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın...

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər