Operativ Məlumat Mərkəzi

Bakıda binada yanğın olub-YENİLƏNİB

2 dəq
Paylaş:
Bakıda binada yanğın olub-YENİLƏNİB
yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, sayğacların qalan hissəsi və yeraltı...

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan texniki otaqda quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac, 7 ədəd qoruyucu açar və 12 p.m elektrik naqili yanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, sayğacların qalan hissəsi və yeraltı dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub.

***

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində binada yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda binanın zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər