Operativ Məlumat Mərkəzi

Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb

1 dəq
Paylaş:
Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb
hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb. Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi...

Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb.

Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daewoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub. Qəza nəticəsində Q.Muradova almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər