Operativ Məlumat Mərkəzi

Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub

1 dəq
Paylaş:
Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub
Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər