Əsas məzmuna keç

Bakı metrosuna istismar üzrə yeni baş mühəndis təyin edilib

Bakı metrosuna istismar üzrə yeni baş mühəndis təyin edilib

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisinin müavini Azər Mustafayev bu gündən baş mühəndis vəzifəsinə təsdiqlənib. "Operativ Məlumat...

“Bakı Metropoliteni” QSC-nin üzrə baş mühəndisinin müavini Azər bu gündən baş vəzifəsinə təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, o, yeni vəzifəsində Əlixan Osmanovu əvəz edib.

A.Mustafayev 1968-ci ildə anadan olub, 1992-ci ildə Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib, ixtisasca energetika mühəndisidir.

O, “Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, “Azərişıq” ASC-də Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi işləyib, 2019-cu ildən isə Bakı metrosunun istismar üzrə baş mühəndisinin müavini olub.

A.Mustafayev 2015-ci ildə İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir. Bir oğlu və bir qızı var.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…