Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mətndə deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".