Əsas məzmuna keç

Azərbaycan nefti kəskin bahalaşdı: Qiymət 6 dollara yaxın artdı

Azərbaycan nefti kəskin bahalaşdı: Qiymət 6 dollara yaxın artdı

Dünya birjalarında Azeri Light markalı xammalın dəyəri sıçrayış edərək Brent-i geridə qoydu. SOCAR, AÇG və büdcə proqnozuna dair ən son rəqəmlər burada.

ru en

bazarında " " markalı neftinin 1 barelinin qiyməti 5,61 ABŞ dolları və ya 6,82 % artaraq 87,90 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 87,71 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,34 ABŞ dolları (6,82 %) artaraq 83,69 ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin () payı 31,65 %-dir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…