Əsas məzmuna keç

Azərbaycan nefti 95 dollara yaxınlaşdı

Azərbaycan nefti 95 dollara yaxınlaşdı

"Azeri Light" markalı xam yanacaq kəskin bahalaşaraq 94 dollardan yuxarı qalxdı. SOCAR, AÇG yatağı və Brent üzrə son qiymət artımı büdcə proqnozlarını necə üstələyir?

ru en

Dünya bazarında " " markalı neftinin 1 barelinin qiyməti kəskin 6,72 ABŞ dolları (və yaxud 7,6%) artım nümayiş etdirib və 94,62 ABŞ dolları səviyyəsinə çatıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı etibarlı mənbə məlumat verib.

Hərracların son nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti isə 94,20 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında (FOB bazası) "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,81 ABŞ dolları (və ya 8,1%) artaraq 90,5 ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Tarixi statistikaya nəzər salsaq, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Həmin müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin () payı 31,65% təşkil edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…