Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı

2 dəq
Paylaş:
Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti yola salınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Göndərilən budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.

Humanitar yük 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

Eyni zamanda, bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax