Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan İrana yardım yola saldı: Prezidentin mühüm tapşırığı

2 dəq
Paylaş:
Azərbaycan İrana yardım yola saldı: Prezidentin mühüm tapşırığı

Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına göndərilir. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə salınır. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə məlumat verib.

Onun sözlərinə görə, göndərilən yardıma 10 un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Qeyd olunub ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Humanitar yardım karvanını Azərbaycan Respublikası Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax