Azərbaycan və Yaponiya nəqliyyat infrastrukturu, təchizat zəncirləri və rəqəmsal bağlantı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi səhifəsində bu ölkənin xarici işlər naziri Ceyhun Bayramovla onun yaponiyalı həmkarı Toşimitsu Moteqi arasındakı danışıqların yekunlarına dair məlumat yayılıb.