Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Keniya şəhərsalma sahəsində əməkdaşlıq edəcək

2 dəq
Paylaş:
Azərbaycan və Keniya şəhərsalma sahəsində əməkdaşlıq edəcək

WUF13 çərçivəsində Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar.

Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, , mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.

Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.

Səfər çərçivəsində Keniya WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax