Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ildə Ermənistandan Azərbaycana ixrac qeydə alınmayıb.
Tramp İlham Əliyevə məktub göndərdi
Məlumata əsasən, 2024-cü il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra 2025-ci il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.
Bildirilib ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici 2024-cü illə müqayisədə 3,8 % artım deməkdir.
Xarici ticarət dövriyyəsində 25 milyard 43 milyon dollar ixracın, 24 milyard 380 milyon dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.
Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,3 dəfə azalma deməkdir.