Azərbaycanla Moldova ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

Azərbaycanla Moldova ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
07.06.2023 15:18
Aa
dəq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu