Azərbaycanın dəniz sərhədini pozan şəxslər saxlanılıb

Azərbaycanın dəniz sərhədini pozan şəxslər saxlanılıb
27.02.2024 14:03
Aa
dəq

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.

Bildirilib ki, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib.

Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları — 1986-cı il təvəllüdlü Yusifinecat Mehran Tağı oğlu və 1994-cü il təvəllüdlü Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.

Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Həftənin ən çox oxunanları

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
DAVAMIN OXU davamın oxu