Operativ Məlumat Mərkəzi

Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

1 dəq
Paylaş:
Azərbaycanın daha bir təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək. Bu barədə "Operativ Məlumat...

Parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Qurum tərəfindən göndərilən sorğu əsasında idmançıya Beynəlxaq Paralimpiya Komitəsindən yarışda iştirak hüququ ("bipartite") verilib.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər