Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB
04.12.2023 13:19
Aa
dəq

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.

Şirinli finaladək bütün rəqiblərinə qalib gəlib. O, həlledici raundda özbəkistanlı Kemran Nurillayevə məğlub olaraq gümüş medalla kifayətənib.

Qeyd edək ki, Vüqar Şirinli 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

***

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə etimadı doğruldub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.

Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu