Operativ Məlumat Mərkəzi

Azərbaycanın maliyyə xidmətlərinin inkişafına dəstək veriləcək

1 dəq
Paylaş:
Azərbaycanın  maliyyə xidmətlərinin inkişafına dəstək veriləcək
bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Twitter"də bildirib. "Bu gün Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə...

Qazaxıstanın Azərbaycana maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstək göstərməsi müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Twitter"də bildirib.

"Bu gün Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində qonaq olduq. Görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələr, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdıq, Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstəyin göstərilməsinə, həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr apardıq", - deyə o qeyd edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər