Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da əksini tapıb.
Hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı kişilərdir.
Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.