Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müşahidəçilər azad şəkildə məntəqələrdə seçki prosesini izləyəcəklər: "Media nümayəndələrinə isə ümumiyyətlə, heç bir məhdudiyyət və qeydiyyat tələbi yoxdur. Jurnalistlərdən səsvermə günü bölgələrdən, xüsusilə də Qarabağdan prosesi bütün dünyaya çatdırmağı xahiş edirəm".