Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq
11.06.2024 14:03
Aa
dəq

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-1-ci maddə (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Həftənin ən çox oxunanları

Sahibə Qafarova Rusiyaya gedib

Sahibə Qafarova Rusiyaya gedib
DAVAMIN OXU davamın oxu

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Naxçıvan Ali Məclisi buraxılıb

Naxçıvan Ali Məclisi buraxılıb
DAVAMIN OXU davamın oxu

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib
DAVAMIN OXU davamın oxu

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI çağırış Milli Məclis işini yekunlaşdırıb
DAVAMIN OXU davamın oxu