Azərbaycan XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - YENİLƏNİB

Azərbaycan XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - YENİLƏNİB
30.03.2023 14:18
Aa
dəq

Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşdə, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. 

C.Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kiber təhlükəsizlik və s. sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib. 

2021-ci ildə Azərbaycan Respublikasının İsrail Dövlətində Ticarət və Turizm nümayəndəliklərinin, 2023-cü ildə isə Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi olduğu diqqətə çatdırılıb. 

Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksək səviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb. 

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəqliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.

Prezident İshak Hersoq, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bugün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:47***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrail Prezidenti İsaaq Hersoq müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər həmçinin təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyətlə bağlı müzakirələr aparıb.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib.

Həftənin ən çox oxunanları

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu

Prezident dəyirmi masada iştirak edib - YENİLƏNİB - 2

Prezident dəyirmi masada iştirak edib - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu