Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
16.04.2024 11:53
Aa
dəq

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı geniş məruzə ilə çıxış edib. Həmçinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində və sonrakı hərbi əməliyyatlarda informasiya sahəsində əldə edilən uğurlar və dezinformasiyalara qarşı aparılan mübarizə tədbirləri haqqında danışıb.

Görüşdə, hər iki ölkə ordularında strateji kommunikasiyanın, o cümlədən mətbuat və ictimaiyyətlə əlaqələr işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndələr Mətbuat Xidməti, Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Həftənin ən çox oxunanları

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
DAVAMIN OXU davamın oxu

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İran generalları müzakirələr aparıblar

Azərbaycan və İran generalları müzakirələr aparıblar
DAVAMIN OXU davamın oxu

“EFES - 2024” təlimi davam edir

“EFES - 2024” təlimi davam edir
DAVAMIN OXU davamın oxu

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib
DAVAMIN OXU davamın oxu