Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl-Mucib ilə görüşündə iki ölkə arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, K.Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı yüksək səviyyəli plenar sessiyaya dəvət edib.