Operativ Məlumat Mərkəzi

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib

1 dəq
Paylaş:
Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib
bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze...

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənbaşı şəhərinə işgüzar səfəri zamanı gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze də, öz növbəsində, Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər