Əsas məzmuna keç

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib

bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze...

Azərbaycanın Baş naziri Türkmənbaşı şəhərinə işgüzar səfəri zamanı gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Ə.Əsədov İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze də, öz növbəsində, İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…