Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidentinin köməkçisi Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan Prezidentinin köməkçisi Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib
bu barədə F.Altun “X”də yazıb. O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı...

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə F.Altun “X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir:

“Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər