Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
10.04.2025 14:10
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Həftənin ən çox oxunanları