Azərbaycan neftinin qiyməti aşağı düşüb

Azərbaycan neftinin qiyməti aşağı düşüb
05.10.2023 09:15
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları, yaxud 3,09 % azalaraq 94,79 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 86,42 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları