Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşır
21.10.2023 09:38
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,72 ABŞ dolları, yaxud 1,79 % artaraq 97,68 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 92,16 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları