Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşıb
19.10.2023 10:39
Aa
dəq

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,58 ABŞ dolları, yaxud 1,7 % artaraq 95,86 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 91,07 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Həftənin ən çox oxunanları