Operativ Məlumat Mərkəzi

Azərbaycan nefti yenidən ucuzlaşıb

1 dəq
Paylaş:
Azərbaycan nefti yenidən  ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,2 % azalaraq 85,19 ABŞ dolları təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fevralın 20-də hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçersləri 83,05 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər