Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
18.01.2024 09:54
Aa
dəq

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,42 dollar və ya 0,50 faiz azalaraq 83,01 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Həftənin ən çox oxunanları