Operativ Məlumat Mərkəzi

Azərbaycan nefti ötən həftə 6%-dək ucuzlaşıb

1 dəq
Paylaş:
Azərbaycan nefti ötən həftə 6%-dək ucuzlaşıb
həftə ərzində ən yüksək göstərici (II gün) – 97,81 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 91,23 dollar səviyyəsində olub. Qeyd edək ki,...

Ötən həftə ərzində (2-6 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 94,616 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,97 dollar və ya 5,94% azdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 97,81 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 91,23 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər