Operativ Məlumat Mərkəzi

Azərbaycan millisinin üzvü karyerasını başa vurub

1 dəq
Paylaş:
Azərbaycan millisinin üzvü karyerasını başa vurub

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Məmmədəli Mehdiyev peşəkar cüdoçu karyerasını bitirməyə qərar verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Məmmədəli Mehdiyev 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu il Avropa Oyunlarında bürünc medal qazanıb. M. Mehdiyevin nailiyyətləri arasında Böyük Dəbilqə və Qran Pri yarışlarından ümumilikdə 21 medal var.

“İdmançılara yaradılan şəraitə görə Möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm.”– deyə Məmmədəli Mehdiyev bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər