Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək

Azərbaycan Mərkəzi Bankı onlayn lisenziya verəcək
25.01.2024 12:22
Aa
dəq

Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarlara lisenziyaları elektron platforma üzərindən - onlayn şəkildə verməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu qurumun şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.

"Bu ildən iqtisadiyyatın bir sıra sektorlarında fəaliyyət göstərən sahibkarların AMB ilə işinin asanlaşdırılması üçün elektron platformalar yaradılıb. Bunlardan biri də lisenziyaların elektron verilməsi üçün platformadır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin platforma istifadəyə verildikdən sonra kağız daşıyıcılarda əməliyyat aparılması ilə bağlı zərurət qalmayacaq. Çünki həmin platformaya bir sıra dövlət qurumlarının informasiya sistemləri inteqrasiya olunacaq", - deyə o qeyd edib.

R.Mahmudov əlavə edib ki, hazırda AMB-nin elektron müraciət sistemi fəaliyyət göstərir: "İstənilən sahibkar quruma müraciət edib rəsmi şəkildə cavab ala bilər".

Həftənin ən çox oxunanları

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb
DAVAMIN OXU davamın oxu

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb

Azərbaycanın sığorta bazarı 8 % böyüyüb
DAVAMIN OXU davamın oxu