Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb
01.05.2024 10:37
Aa
dəq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 %) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə % təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub", - deyə açıqlamada qeyd olunub.

AMB hesab edir ki, aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir: "Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0,3 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 % enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 % azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin I rübündə 2,7 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Həftənin ən çox oxunanları

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda vergi ödəyicilərinin sayı 11 %-dən çox artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 11 %-dən çox artıb
DAVAMIN OXU davamın oxu

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı artıb
DAVAMIN OXU davamın oxu

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsini azaldıb
DAVAMIN OXU davamın oxu