Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın valyuta ehtiyatları 88 milyard dollara çatdı

1 dəq
Paylaş:
Azərbaycanın valyuta ehtiyatları 88 milyard dollara çatdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi konfransında bildirib.

"Bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyir", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax