Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN əhaliyə qeyri-sabit hava ilə bağlı xəbərdarlıq etdi

2 dəq
Paylaş:
FHN əhaliyə qeyri-sabit hava ilə bağlı xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi () yağıntılı və qeyri- ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq 29 iyunadək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax